EN

Daşkənddə türkdilli ölkələrin elmi konqresi keçirildi - FOTO

12-14 noyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Kütahya Türk Ocağı və Alfraqanus Universitetinin təşkilatçılığı ilə IV Uluslararası Türk Coğrafyası Sosial Elmlər Araşdırmaları konqresi keçirilib.

Bakupost.az xəbər verir ki, konqresin keçirilməsində əsas məqsəd türk xalqlarının ortaq dəyərləri mövzusunda aparılan tədqiqatları bir mərkəzdə toplamaq və qeyd olunan mövzu çərçivəsində sosial elmlər və təhsilin türk coğrafiyası ölkələrindəki təsirlərini qiymətləndirməkdən ibarətdir.

Konqresdə Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Zabitə Teymurlu “ Türkdilli xalqların ortaq dil yaddaşı” mövzusunda çıxış edib, türk və Azərbaycan dili dialektlərində ortaq alınma sözləri müəyyənləşdirməklə konqresə öz təhfəsini verib.

Zabitə Teymurlu araşdırmasının həm türkdilli xalqların ortaq dil yaddaşını qorumaqda, həm də ortaq dialektoloji lüğətlərin hazırlanmasında faydalı ola biləcəyini bildirib. O, konqresdə həm məruzəçi, həm də moderator qismində çıxış edib.


Chosen
19
bakupost.az

1Sources