EN

Qax Dövlət Təbiət Yasaqlığının (İlisu DTQ) Acınohur çölü ərazisində ceyranların sayım monitorinqi aparılıb - FOTO

15.11.2024-cü il tarixdə Qax Dövlət Təbiət Yasaqlığının (İlisu DTQ) Acınohur çölü ərazisində ceyranların sayım monitorinqi aparılmışdır. Əlverişli hava şəraitində təşkil edilmiş monitorinqə 9 avtomobil, 23 nəfər cəlb edilmişdir. 

Monitorinqdən öncə iştirakçılar sayım vərəqələri (sayım cədvəli) ilə tanış edildi və müşahidələrin aparılması, cədvəlin doldurulması qaydaları və qeydlər barədə təlimat keçirildi. Öncədən müəyyən edilmiş 9 marşrut ilə, qərbdən- şərqə eyni anda paralel hərəkətə başlamaqla və avtomobillər arasındakı məsafəni gözləyərək, sağ, sol və irəli istiqamətlərdə rast gəlinən ceyran və ceyran qruplarını vizual müşahidə etməklə (mümkün olduğunda cinsini və yaş qrupunu ayrıca qeyd etməklə), müşahidə edilən zaman, istiqamət, dəqiq yerləşmə, ərazinin topoqrafik, floristik, torpağın səthi və s. məlumatlar qeyd edilməklə sayım cədvəlləri doldurulmuşdur. Saat 10 radələrində başlayan monitorinq 1 saat 40 dəqiqə ərzində və 14 - 51 km-lik xətti marşrutlarda aparılmışdır. Monitorinq aparılmış ümumi sahə (Acınohur çölündə) 20 min ha-dan artıq  təşkil etmişdir. Acınohurdan sonra ətraf ərazilərdə xüsusi marşrutlarla müşahidələr aparılmışdır. 


Monitorinqdən sonra, müşahidə vərəqələrinin məlumatları kameral şəraitdə analiz edimişdir. Yekun olaraq Acınohur çölü və ətraf ərazilərdə 504 baş ceyran vizual olaraq qeydə alınmışdır. 2023-cü ilin noyabrında aparılmış monitorinq zamanı 345 baş ceyran qeydə alınmışdır. Müqaisə göstərir ki, bir il ərzində Qax DTY-nın Acınohur çölü ərazisində ceyranların akklimatizasiyazı uğurla davam edir və artan dinamika (159 baş) müşahidə edilir. 


ETSN və WWF-in təşkilatçılığı ilə, Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin dəstəyi ilə 2010-cu ildən həyata keçirilməyə başlanılan "Ceyranların Reintroduksiyası" ekoloji layihənin uğurlu icrası və mühafizə rejiminin tətbiqi nəticəsində xüsusi qeyd etmək olar ki, Azərbaycanda Şirvan MP və Korçay DTQ-nun təbii populyasiyalarındansonra, yeni, dayanıqlı ceyran subpopulyasiyasının yaradılmasına nail olunmuşdur. 2010-cu ildə Acınohur ərazisində "0", 2024-cü ildə artıq subpopulyasiya minimum 504 baş təşkil etmişdir. 2010-cu ildən bugünə qədər Acınohur və ətraf ərazilərə müxtəlif illərdə ümumilikdə 127 baş ceyran reintroduksiya edilmişdir. 2024-cü ildə bu ənənə davam etdirilərək Şirvan MP-dan Acınohur çölünə 18 baş ceyran gətirilərək sərbəst buraxılmışdır. 


Ceyranların iqliməöyrəşməsi ilboyu aparılmaqdadır. Ənənəvi reydlər və müşahidələrlə yanaşı, xüsusi distansion metodlarla da (foto-video tələlər və peyk əlaqəli radioxaltalar vasitəsilə) davamlı monitorinqlər aparılır.

Ekologiya.az


Chosen
17
ekologiya.az

1Sources