EN

İsveç - Azərbaycan oyunu polşalı hakimlərə tapşırıldı

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək İsveç – Azərbaycan oyununun təyinatları bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, C Liqasının 1-ci qrupunun qarşılaşmasını Polşadan olan hakimlər idarə edəcəklər. Noyabrın 19-dakı görüşün baş hakimi Pavel Raçkovski olacaq. Ona Radoslav Seyka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Muç yerinə yetirəcək.

Qeyd edək ki, Solnadakı “Strauberri Arena”da təşkil olunacaq bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
19 noyabr

İsveç – Azərbaycan
Baş hakim: Pavel Raçkovski
Baş hakimin köməkçiləri: Radoslav Seyka, Adam Kupsik
Dördüncü hakim: Voyçev Muç.
Solna. “Strauberri Arena”. Saat 23:45.

Chosen
26
38
arena.az

10Sources