Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "İraqın islam müqaviməti" təşkilatı İsraildəki hərbi obyektə PUA hücumu etdiyini bəyan edib.
Bəyanatda deyilir: "Noyabrın 16-da səhər saatlarında İraq müqavimətinin tərəfdaları İsrailin şimalındakı hərbi hədəfə hücum ediblər. Hücum PUA vasitəsi ilə həyata keçirilib".
Təşkilat Fələstin ilə Livan əhalisini dəstəklədiyini bildirib.
Hürr Tərcüman