19 yaşadək futbolçulardan ibarət Azərbaycankomandası bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gələcək.
Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya 0:2 hesabı ilə məğlub olub.
14:00. İrlandiya - Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)
Dördüncü hakim: İqor Boska (Moldova)
"Zimbru-2" stadionu, Kişinyov.
16:00. İslandiya - Moldova
Xallar: İslandiya - 3, İrlandiya - 1, Moldova - 1, Azərbaycan - 0.