EN

Mənzil Tikinti Kooperativləri sakinləri niyə incidir?

Bir çox insanların arzusu budur ki, yeni tikilən yüksək mərtəbəli binalarda mənzil alsın. El dilində demiş olsaq " novostroykalarda".

Əlbəttə həmin binalardakı mənzillərin sahəsi daha genişdir.Məhz buna görə də əhali həmin binalara böyük maraq göstərir. Bu, görünən tərəfdir. Görünməyən tərəf isə ondan ibarətdir ki, bu binaların bəziləri keyfiyyətli tikilmir.Sakinlər yenə mənzilə köçəndə çox saylı çətinliklərlə üzləşirlər.Nədir bu çətinliklər?!

Bu çətinliklər onun bağlıdır ki, sakinlər neçə illər yaşasalar da  onların qaz verilmir, mülkiyyət sahibi kimi çıxarış ala bilmirlər.Bu sənədlər olmayanda onlar evlərinə qeydiyyata düşə bilmirlər, alqı - satqı samanı isə min bir əziyyətlə üzləşirlər. Kommunal xərclərə gələndə isə həddindən çox pul ödəyirlər. Məhz bu məsələlər də mənzil sahiblərinin əsəbləşdirir və narahat edir.Bəzi MTK- lar özlərini padşah kimi aparır və sakinlərə yuxarıdan aşağı baxır. Və onlar elə təsəvvür edirlər ki, insanlar burda yaşayırlarsa, camaatın onlara borcu var.

Amma əgər sakin hər ay kommunal borcu ödəyirsə, onlar MTK- dən niyə çəkinməlidir? Ümumiyyətlə, həmin binalarda yaşayan sakinlərin bir çoxu deyir ki, biz bu binaya köçəndən sonra peşman olmuşuq. Çünki onlar bizdən daha çox kommunal xərc alırlar. Bir sözlə, yeni tikilmiş çox mərtəbəli  binalara köçənlər  yağışdan çıxıb, yağmura  düşüblər! Kimdir  günahkar? Mənzil Tikinti Kooperativləri, yoxsa, bina sakinləri! Qoy, bu suala əlaqədar qurumlar cavab versinlər!

Emil Faiqoğlu    

Chosen
39
adalet.az

1Sources