EN

Azərbaycan yığmasındakı futbolçular üçün bir cümlə

Çempionatımız öz axarında davam edir.

Yerli futbolçular lazımınca şans qazanır.

Ölkə xaricindəki milli üzvləri daim meydanda olur.

“Qarabağ” səfərdə “Budyo Qlimt”i məlub etməyi bacardı.

Bu dəfə səfər, iqlim, süni örtük çətinliyi yoxdur.

Qəbələnin hava şəraitinə uyğunlaşmaq üçün ünvana bir neçə gün əvvəldən getmisiniz.

Uduzsanız, nəyi bəhanə gətirəcəksiniz? Varmı başqa tutarlı əsas?

Azərbaycan millisi noyabrın 16-da Millətlər Liqasının V turu çərçivəsində Estoniya yığmasını qəbul edəcək. Bir ay əvvəl səfərdə 1:3 hesabı ilə uduzduğu komandanı.

Bu oyundan qələbə ilə ayrılmaq, mümkün qədər çox qol vurmaqla sonuncu pillədən qurtulmaq yığma üzvlərinin boyun borcudur. Rəqib futbolçuların hansı ölkələrdə legioner həyatı yaşaması bu gün üçün keçərli deyil.

Çünki bütün faktlar xeyrimizə işləyir. İnsanlar məğlubiyyətlərdən doyub, artıq qələbə gözləyirlər. Bunun üçün komandaya hər cür imkan yaradılıb. Qalır kişi kimi mübarizə aparıb, kişi kimi qələbə qazanıb, meydanı kişi görkəmində tərk etmək.

Başqa sözə ehtiyac yoxdur. Sonuncu cümlədəkini etsələr, üzümüz güləcək.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
40
sportinfo.az

1Sources