EN

Bakıda ekofəallar səssiz aksiya keçiriblər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) altıncı günündə Bakıda ekofəalların səssiz aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya iştirakçıları öz mövqelərini sözsüz ifadə ediblər: onlar iqlim dəyişikliyi ilə mübarizə üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsini tələb edərək "Pay up" şüarı olan pankart açıblar.

Etirazçılar, həmçinin qalıq yanacaqların istifadəsinin azaldılmasının vacibliyi haqqında melodiya zümzümə ediblər.

Fəallar iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin vacibliyinə, xüsusilə də iqlim böhranının nəticələrindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə diqqət çəkməyə çalışıblar.

Onların çıxışı bütün dünyadan olan iştirakçıları birləşdirən qlobal iqlim ədaləti hərəkatının bir hissəsinə çevrilib.

Chosen
17
15
ikisahil.az

10Sources