EN

“Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətində “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)”mövzusunda dəyirmi masa keçirilib.

Trendxəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, dəyirmi masada beynəlxalq ekspertlər, iqlimmaliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri,özəl sektor təmsilçiləri, audit şirkətlərinin əməkdaşları iştirakediblər.

Tədbiri açan DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki,görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqı tərəfindəntəklif edilən və hazırda mərhələli şəkildə tətbiq olunan yeni iqlimsiyasəti aləti - CBAM mexanizminin tələblərini daha dərindənöyrənmək, bu sahədə yarana biləcək çətinlikləri müəyyənləşdirmək vəsəmərəli hazırlığın təmin edilməsi üçün mümkün həlləri nəzərdənkeçirməkdən ibarətdir. S.Musayeva müzakirələrin qlobal iqlimdəyişikliyi ilə mübarizə və iqtisadi inkişaf arasındakı balansıntapılması baxımından son dərəcəli əhəmiyyətli olduğunuvurğulayıb.

Harvard Universitetinin mütəxəssisi İlay Sandlerin moderatorluğuilə keçirilən dəyirmi masada “Ernst & Young” şirkətinin partnyoruKasia Klaçinska Lyuis, “PwC” şirkətinin partnyoru Nadya Pikard vədigər ekspertlərin təqdimatları və çıxışları dinlənilib.

İştirakçılar CBAM-ın biznesin fəaliyyətinə qlobal və millisəviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericiliktələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktikiməlumatları bölüşüblər, istehsalçıların və ixracatçıların buprosesə hazırlığını müzakirə ediblər. Bildirilib ki, bu mexanizmqlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində müsbətdəyişikliklərə gətirib çıxara bilər, lakin onun uğurlu tətbiqiqlobal səviyyədə ədalətli yanaşmalardan, davamlı inkişaf və ekolojiədalətin təmin edilməsindən asılı olacaq.

Tədbir zamanı yaranan suallar ekspertlər tərəfindəncavablandırılıb və mütəxəssis şərhləri verilib.

“Sərhəddə
“Sərhəddə
“Sərhəddə
“Sərhəddə
“Sərhəddə
“Sərhəddə
Chosen
33
10
az.trend.az

10Sources