EN

Parlamentlərarası İttifaqın prezidenti: "Bakıda hər kəsə qayğı göstərilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fürsətdən istifadə edərək, Azərbaycan rəhbərliyinə təşəkkür edirəm. Bakıya gələnlər yaxşı qarşılanırlar, hər kəsə qayğı göstərilir. Lakin burada dövlətlər tərəfindən müzakirə edilən məsələlərin yalnız ritorika və bəyanatlarla bitməməsi üçün həm də əməli addımlar atmaq lazımdır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson deyib.
O bildirib ki, iki gün ərzində dünyada baş verənləri müzakirə etmək şansları olacaq:
"Beləliklə, biz parlamentarilər olaraq dünyanı nəinki daha yaxşı bir yerə çevirməyə töhfə verə bilərik, həm də gələcək nəsillər üçün müsbət addımlar atmış olarıq. Biz hökumətlərimizin bu cür işlərdə üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsini istəyirik".
Mərahim Nəsib
Chosen
29
16
oxu.az

10Sources