EN

Conson Şoltsun Putinə zənginin təhlükəli tərəflərini açıqlayıb

Conson

Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinə zəngi Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı danışıqların Normandiya formatına qayıtmasına səbəb ola bilər.

Reyting.az
xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Qorxuram ki, Vladimir Zelenski tamamilə haqlıdır. Biz Rusiya və Ukraynanın daxili çəkişmələrdə bərabərhüquqlu həmsöhbətlər hesab edildiyi iyrənc Franko-Alman Normandiya formatına qayıtmaq riskini daşıyırıq”,- Conson qeyd edib.

Conson hesab edir ki, bu mövqe reallığı əks etdirmir.

Sabiq baş nazir xatırladıb ki, Ukraynanı işğal edən və ona qarşı silahlı təcavüzə başlayan Rusiya olub. Onun sözlərinə görə, Putin cinayətkar və əsassız işğala başlayıb, Ukrayna tamamilə günahsız tərəfdir.

Conson əlavə edib ki, müharibəyə son qoymağın yeganə yolu Ukraynanın mövqeyini kütləvi və sürətlə gücləndirməkdir.

Bir müddət əvvəl Boris Conson ABŞ-nın yeni prezidenti Donald Trampın Ukraynaya yardımı kəsəcəyi təqdirdə Britaniyanın Ukraynaya qoşun yeritməli olacağını bildirmişdi.

ELÇİN
Chosen
57
reyting.az

1Sources