EN

Paşinyan bu dəfə açıq danışdı… – MÜHÜM GƏLİŞMƏ

Baş nazir Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini ləğv etməyə hazırlaşır.

Medianews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Past” yazır.

“Paşinyanın parlamentin tribunasından verdiyi son bəyanat Ermənistanın Müstəqillik Bəyannaməsinin ləğvinə dairdir.

Baş nazir çıxışında bildirib:

“Son illərdə bizim Müstəqillik Bəyannaməsini on dəfələrlə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsinin məzmunu Ermənistan Respublikasının mövcudluğunun əleyhinədir. Bu, bizim ən böyük problemimiz və faciəmizdir”.

Müstəqillik Bəyannaməsinin bu açıq şəkildə rədd edilməsi nə deməkdir? Bu, hər şeydən əvvəl o deməkdir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Bəyannaməsinə preambula istinadını Ermənistan Konstitusiyasından çıxarılması tələbinə tam sadiqdir. Başqa sözlə, Paşinyan Müstəqillik Bəyannaməsini ləğv etməyə hazırlaşdığını açıq şəkildə bəyan elədi”, – nəşr bildirir.

Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı yekun sülh müqaviləsinə əngəl olduğu üçün bu istinadın Konstitusiyadan çıxarılmasını tələb edir.

Chosen
17
2
medianews.az

3Sources