EN

COP29 müsbət nəticələri bütün sahələrdə özünü göstərəcək



"Bütün təxribatlar, qarayaxma kampaniyaları, boykot çağırışlarına baxmayaraq Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə evsahibliyi etdi və hazırda da COP29 çərçivəsində müxtəlif istiqamətlərdə tədbirlər davam edir".

Bu fikirləri Newscenter.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Suzana Məmmədova səsləndirib. İctimai Birlik sədri deyib ki, sessiyanın rəsmi açılış mərasimindən sonrakı günlərdə ayrı-ayrı sahələr üzrə təşkil edilən görüşlər, müzakirələr, eləcə də imzalanan saziş və memorandumlar, irəli sürülən təşəbbüslər Azərbaycanın iqlim tarazlığının pozulmasına qarşı nə dərəcədə mübarizə apardığı, bu istiqamətdə səylər göstərdiyini ortaya qoyur:

"Məsələn, COP29 çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirildi. Sözügedən təşəbbüsə kifayət qədər marağın olduğu təqdimatda iştirak edənlərin kütləviliyindən də görünürdü. Çünki hazırda bu təşəbbüs beynəlxalq miqyasda geniş təbliğ olunur və bir çox ölkə onu dəstəkləməkdə maraqlıdır. Yaxud sessiya çərçivəsində "İqlimlər və ilmələr", sərgisinin təşkil edilməsi Azərbaycanın hər bir sahə kimi mədəniyyət sahəsi üzərindən də iqlim tarazlığının pozulmasına qarşı mübarizə apardığı, yaşıl dünya naminə bütün səylərini ortaya qoyduğunu nümayiş etdirir".

Suzana Məmmədova deyib ki, COP29 bir daha Azərbaycanın nıyə qadir olduğunu və hər zaman qlobal təşəbbüslərin önündə yer aldığını dünyaya sübut edəcək.

Anar Əliyev
Chosen
61
newscenter.az

1Sources