EN

Estoniya millisinin baş məşqçisi: "Bu gün ikinci hissə bizim üçün çətin oldu"

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla (0:0) matçından sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb. 

- İki oyunu nəzərə alsaq, Estoniya millisi Azərbaycanı nədə üstələdi?

- Hansı bucaaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

- Sizin qarşınıza qoyulan hədəflər nədir?

- Milli komandanın irləlilyişini təmin etmək. Üzərində işlənəli olduğumuz çox şey var.

- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?

- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

- Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?

- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiz ki, belə stadinonunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Chosen
34
6
sportal.az

9Sources