EN

“Bunu indi etməsək, qışdan sonra heç kim maaş almayacaqdı”

“Şəxsi stadionumuz olsa, bundan ən azı 2-3 dəfə daha yaxşı komanda görərsiz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Cəbrayıl”nun direktoru vəzifəsindən ayrılan Şahin Məmmədov deyib.

Qarabağa aid rayonun eyniadlı komandasına 3 ilə yaxın müddətdə maliyyə dəstəyi vermis funksioner gənc futblçuların inkişafını istədiyini bildirib. Onun fikrincə, bunun üçün infrastrukturun olması şərtdir:

“İnşallah, komanda Cəbrayıla qayıdanda olacaq. Əfsuslar ki, burada çətindir.

Düzdür, "ASCO Arena" və "Neftçi"nin bazasından istifadə edirik, amma özümüzün olsa, yaxşı olardı. Çünki hamısı böyük xərcdir.

Təəssüf ki, şəxsi meydançaya sahib olmaq bizim gücümüz daxilində deyil. Hara qədər bacardıqsa dəstək olduq.

Yalnız biz etməmişik. Sağ olsun, Cəbrayılın icra başçısı Kamal müəllim.

Region Liqası və İkinci Liqada çıxış etdiyimiz zaman bizə dəstək olub. Bu gün çətinlik var, amma sabah da olacaq deyə bir şey yoxdur.

Mən maliyyəçiyəm. Yaxınlarda maaşlarda 20% azalma etdik. Bu, məcburi atılan addımdır.

Bunu indi etməsək, qışdan sonra heç kim maaş almayacaqdı. Belə qərar verilməsi vacib idi”.

Chosen
51
sportinfo.az

1Sources