EN

Estoniya millisinin baş məşqçisi: “Çox bəxtəvərsiniz”

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Millətlər Liqasının 5-ci turunun Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb. 

- Keçirilən iki oyun çərçivəsində Estoniya millisi Azərbaycanı nədə üstələdi?

- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.

- Qarşınıza hansı hədəflər qoyulub?

- Milli komandanın irləliləyişini təmin etmək. Üzərində işləməli olduğumuz çox şey var.

- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiniz?

- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

- Qəbələ şəhəri və stadion barədə nə düşünürsünüz?

- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiniz ki, belə stadionunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.

"Cebheinfo.az"

Chosen
31
6
cebheinfo.az

9Sources