EN

Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan təmsilçisi Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Demokrat.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Fidan Əlizadə (57 kq) və Hüseyn Allahyarov (60 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Chosen
39
14
demokrat.az

10Sources