EN

NASA və "Microsoft" Yerlə bağlı suallara cavab verəcək çatbot yaradacaq

NASA və "Microsoft" süni intellektə malik çatbot yaradacaq ki, bu da Yer haqqında elmi məlumatların əldə edilməsini və başa düşülməsini asanlaşdıracaq. 

Qaynarinfo "The Verge"yə istinadən xəbər verir ki, alət "Earth Copilot" adlanacaq və planetimizlə bağlı müxtəlif suallara cavab verə biləcək.

Belə bir çatbot yaratmaq üçün NASA öz məlumat anbarına süni intellekti inteqrasiya edir və bunun sayəsində "Earth Copilot" aşağıdakı kimi suallara cavab verərək bu məlumatlara istinad edəcək:

- Jan qasırğasının Sanibel adasına təsiri necə oldu?;
- COVID-19 pandemiyası ABŞ-ın hava keyfiyyətinə necə təsir etdi?.

Beləliklə, Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi "Earth Copilot"un buraxılması ilə elmi məlumatlara çıxışı sadələşdirmək istəyir, çünki alim və tədqiqatçı olmayan insanların NASA məlumat bazasından bu cür məlumatları anlaması və əldə etməsi çətindir.

Hələlik "Earth Copilot" çatbotundan yalnız onun imkanlarını qiymətləndirən NASA alimləri istifadə edə bilər.

"Onlar daha sonra onu NASA-nın vizuallaşdırma, kəşfiyyat və məlumatların təhlili (VEDA) platformasına inteqrasiya etmək imkanlarını araşdıracaqlar ki, bu da artıq agentliyin bəzi məlumatlarına çıxış imkanı verir", deyə nəşr əlavə edib.

Aydın

Chosen
32
7
qaynarinfo.az

8Sources