EN

İslami Cihadın iki yüksək rütbəli lideri İsrailin hücumu nəticəsindəhəlak oldu

İslami Cihad Hərəkatı bir gün əvvəl İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumu nəticəsində iki yüksək səviyyəli idarəçinin həyatını itirdiyini açıqlayıb. İsrail ordusu da yazılı açıqlamada hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Redaktor.az xəbər verir ki, İslami Cihad İsrailin 14 noyabrda Dəməşqə hücumu ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda deyilir: “Cümə axşamı günü İslami Cihadın Dəməşqdəki mülki ofis və iqamətgahlarına İsrail tərəfindən həyata keçirilən hücumda hərəkatın yüksək səviyyəli liderlərindən 1945-ci il təvəllüdlü Əbdüləziz Səid əl-Minavi, 1972-ck il təvəllüdlü Rəsmi Yusuf Əbu İsa və bir  qrup İslami Cihad üzvü şəhid olublar”. 

Seymur BƏNNAYEV 

Chosen
58
1
redaktor.az

2Sources