EN

Trampdan Ukrayna ilə bağlı qalmaqallı təyinat

Boris Epşteyn ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Ukraynadakı münaqişənin həlli məsələləri üzrə xüsusi nümayəndəsi ola bilər.

Bu barədə "The New York Times" (NYT) nəşri mənbələrə istinadən yazır.

Epşteyn Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenlə görüşə getdiyi təyyarədə xüsusi elçi olmaq təklifindən danışıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Epşteynin diplomatik təcrübəsi yoxdur və 2020-ci il seçkilərinə müdaxilə işi ilə bağlı Arizonada istintaq altındadır.

Boris Epşteyn Moskvada anadan olub və 11 yaşına qədər Rusiyada yaşayıb.

"Cebheinfo.az"

Chosen
74
22
cebheinfo.az

10Sources