EN

COP29-da “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitində Data əsasında qərarların qəbul edilməsi” mövzulu sessiya keçirilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan Kosmik Agentliyi “Azərkosmos”untəşkilatçılığı ilə “Kosmosdan Yerə qədər: Dəyişən iqlim şəraitindəData əsasında qərarların qəbul edilməsi” mövzusunda sessiyakeçirilib. Tədbirin moderatoru “Azərkosmos”un beynəlxalq əlaqələrüzrə müşaviri Vüqar Bayramov olub.

Trend xəbər verirki, sessiyada dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün iqlimxidmətlərinin əlçatanlığını artırmaq və onların effektivliyiniyüksəltmək məsələləri müzakirə edilib.

Avropa Kosmik Agentliyinin (ESA) Yer müşahidəsinin tətbiqi üzrəmühəndisi Frank Martin Seyfert çıxışında ESA-nın iqlimdəyişikliyinin 27 növünü izlədiyini və meteoroloji missiyalarınınmiqyasını genişləndirməyi planlaşdırdığını bildirib. O qeyd edibki, agentliyin məlumat bazası hər kəs üçün pulsuz olaraq açıqdır.Həmçinin Ümumdünya Meteorologiya Təşkilatının son hesabatınaistinad edərək, 2015-2024-cü illərin müşahidə tarixində ən istidövr olduğunu vurğulayıb.

İqtisadiyyat, gənclər və davamlı inkişaf departamentinin başdirektoru Rut Kattumuri isə “Big Data” və kosmik tədqiqatlarıniqlim dəyişikliyinin təsirlərini azaltmaqda əhəmiyyətli rolunu qeydedib. O bildirib ki, böyük məlumatların təhlili üçün innovativinformasiya texnologiyalarından istifadə edilməlidir.

Azərbaycan Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləriİnstitutunun baş direktoru, akademik Əli Abbasov süni intellekttexnologiyalarının, “Big Data” və “Machine Learning” kimiyanaşmaların iqlim məlumatlarının təhlili və qərar qəbuletmədəmühüm rol oynadığını vurğulayıb.

“Azərkosmos”un geoinformasiya sistemləri mərkəzinin direktoruİsmət Baxışev isə qeyd edib ki, qurum öz fəaliyyətində ətraf mühitətəsiri minimuma endirmək məqsədilə BMT-nin Qlobal Sazişinə qoşulub.O, həmçinin peyk məlumatlarının kənd təsərrüfatı və suehtiyatlarına iqlim dəyişikliyinin təsirini azaltmaqda effektivvasitə olduğunu bildirib.

Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb vəmüzakirələr aparılıb.

COP29-da
COP29-da
COP29-da
Chosen
111
az.trend.az

1Sources