EN

“New Yorker”in qurucusu vəfat etdi - FOTO

"New Yorker" moda şəbəkəsinin yaradıcısı və sahibi Fridrix Knapp 73 yaşında vəfat edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Knapp tərəfindən qurulan tekstil ticarət şəbəkəsində hazırda 23 000-ə yaxın işçi çalışır və dünyanın 47 ölkəsində 1200-dən çox filialı var.

Fridrix Knapp 1971-ci ildə Tilmar Hansen və Mişel Simson ilə birlikdə "New Yorker" geyim şəbəkəsini qurub. İlk mağaza Almaniyanın Flensburq şəhərində açılıb. 

"Forbes"in məlumatına görə, Knappın sərvəti 4,6 milyard dollar olaraq qiymətləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
51
50
milli.az

10Sources