EN

Bağayarpağının bilinməyən  faydaları

Bağayarpağının Bağayarpağının bilinməyən

Bağayarpağı orta əsrlərdə, yaraları və xoraları sağaltmaq üçün istifadə edilib.

Bununla yanaşı, bağayarpağı tənəffüs və həzm orqanlarının, reproduktiv və sinir sistemlərinin xəstəliklərini müalicə edir.

Dərman və məlhəm xammalı kimi adətən yarpaqlar, toxum və şirəsindən istifadə olunur.

Bağayarpağı vitaminlə zəngin olduğu üçün salatlara və yaz şorbalarına da əlavə edilir.

Kosmetologiyada onun müalicəvi xüsusiyyətləri sızanaqları, qırışları, yağlı dəriləri və kəpəkləri aradan qaldırmaq üçün istifadə olunur.

Bağayarpağında qlikozid akubinlə yanaşı kalsium və maqnezium, flavonoidlər və polisaxaridlər, taninlər, fitonsidlər, K vitamini, pektin, askorbin, limon və kumarin turşuları var.

 Bağayarpağının demək olar ki, bütün komponentləri müalicəvi xüsusiyyətlərə malikdir.

Polisaxaridlər vitaminlərlə birlikdə toxumaların bərpası prosesini sürətləndirir. K vitamini durulaşdırıcı təsir göstərir. Bitkinin tərkibində olan fermentlər və fitonsidlər tənəffüs yollarının epitelinin qoruyucu funksiyalarını bərpa edir. Flavonoidlər, saponinlər və pektinlər qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. (saglamolun.az)

E-saglam.az

Chosen
73
e-saglam.az

1Sources