EN

83 yaşlı məşqçidən inanılmaz hərəkət - VİDEO

Fiqurlu konkisürmə üzrə SSRİ-nin əməkdar məşqçisi Tamara Moskvina fiziki formasının hələ də inanılmaz səviyyədə olduğunu nümayiş etdirib.

İdman.biz xəbər verir ki, 83 yaşlı veteran mütəxəssis məşq zamanı əksər gənclərin belə bacarmadığı hərəkəti icra edib.

O, yalnız iki əlini döşəməyə dayayaraq bədənini horizontal vəziyyətdə saxlayıb. Məşqçisinin videosunu paylaşan Olimpiya Oyunlarının bürünc mükafatçısı Aleksandr Qalyamov tərəfdaşı Anastasiya Mişina ilə birlikdə veteranı alqışlayıb.

İdman.biz

Chosen
36
idman.biz

1Sources