EN

"Mən bir neçə ildən sonra onunla işləməyi səbirsizliklə gözləyirəm"

“Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon 2022-ci ilin yayında “Everton”dan “Çelsi”yə keçməyə yaxın olduğunu və Tomas Tuxelin rəhbərliyi altında oynamaq istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, Qordon 2023-cü ilin qışında "Everton"dan "Nyukasl”a keçib:

“Düzünü desəm, “Çelsi”yə keçidə yaxın idim. O vaxt mən Tomas Tuxellə işləmək istəyirdim.

Hiss edirdim ki, mənim oyun tərzim onun oyun tərzinə uyğun olacaq. Onun “Çelsi”də oynatdığı futbolu nəzərə alsaq, bu, mənim üçün çox həyəcanlı idi.

Mənim üçün baş tutmayan böyük bir fürsət idi və mən bir neçə ildən sonra onunla işləməyi səbirsizliklə gözləyirəm”.

“Liverpul”un yetirməsi karyerası ərzində “Everton”, “Preston” klublarında oynayıb.

Chosen
38
sportinfo.az

1Sources