Gürcüstan təmsilçisi Andria Putkaradze “Uşaq Avroviziyası 2024”də birinci yeri tutub.
“Ölkə.az” xəbər verir ki, gürcü yarışmaçının mahnısı “To my mom” adlanır.
Qeyd edək ki, noyabrın 16-da Madriddə baş tutan builki müsabiqədə 17 ölkə iştirak edib.
Səhnədə İtaliya, Estoniya, Albaniya, Ermənistan, Kipr, Fransa, Şimali Makedoniya, Polşa, Gürcüstan, İspaniya, Almaniya, Niderland, San-Marino, Ukrayna, Portuqaliya, İrlandiya və Maltadan olan ifaçılar çıxış ediblər.(qafqazinfo)