Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlayıb.
Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənbə 3 nəfərin öldüyünü qeyd edib. 16 yaralı isə Astana şəhər xəstəxanasına çatdırılıb.
Bizim.Media