EN

Avropa İranla danışıqlara başlayır?

İran və Avropa ölkələri ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqları tezliklə bərpa edəcəklər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.

 

“Hazırda Avropa ölkələri səviyyəsində danışıqların bərpasına maraq var, yəqin ki, biz tezliklə başlayacağıq”, - Arakçı bildirib.

Chosen
7
2
senzor.az

3Sources