EN

Parlament Görüşü çərçivəsində “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” mövzusunda sessiya keçirilib

Bakı. TurkicWorld:

Bakıda Parlamentlərarası İttifaqın (PAİ) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29 çərçivəsində Parlament Görüşü çərçivəsində Bakıda “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” mövzusunda sessiya keçirilib.

TurkicWorld xəbər verir ki, bu sessiyada iqlim dəyişikliyinin insan sağlamlığına təsiri müzakirə olunub, xüsusilə qida təhlükəsizliyi ilə bağlı təsirlərə diqqət yetirilib.

İştirakçılar parlamentlərin sağlamlıq və iqlim problemlərini həll etmək üçün inteqrasiyalı və bir-birini tamamlayan yanaşmadan necə istifadə edə biləcəyini nəzərdən keçiriblər.

Ərzaq təhlükəsizliyinə və qida çatışmazlığına səbəb olan kənd təsərrüfatı və balıqçılıq sektorlarında itkilərin azaldılması strategiyaları da müzakirə olunub.

Tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edib.

Qeyd edək ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Chosen
20
2
turkic.world

3Sources