EN

Azərbaycanda yol qəzaları ən çox hansı vaxtlarda baş verir? – Rəsmi statistika


Bu ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərin 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 38,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 38,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 22,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib.
Chosen
34
13
yeniavaz.com

10Sources