EN

"Putin Qərb siyasətçilərinə Ukraynaya güclü raket hücumu ilə cavab verib" - Ukrayna XİN rəhbəri

"Ukraynaya barışıq deyil, güc vasitəsilə sülh gərəkdir..."
 
Rusiya hakimi Vladimir Putin son zamanlar onu ziyarət edən və ona zəng vuran bütün Qərb siyasətçilərinə noyabrın 17-də səhər Ukraynaya güclü raket zərbələri ilə cavab verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Andrey Sibiqa "X" sosial şəbəkəsində yazıb. Məlumatı "eurointegration.com.ua" nəşri yayıb.
 
O, qeyd edib ki, bazar günü səhər Rusiya Ukraynaya ən güclü hava hücumularından birini həyata keçirib. Dron və raketlərlə dinc şəhərlər, yuxuda olan mülki vətəndaşlar və kritik infrastruktura zərbələr endirilib.
 
"Bu, hərbi cinayətkar Putinin son zamanlar onu ziyarət edən və ona zəng edənlərə cavabıdır. Bizə barışıq deyil, güc vasitəsilə sülh gərəkdir", - Sibiqa qeyd edib.
 
"Rusiya Silahlı Qüvvələri Ukraynaya güclü, kombinəedilmiş raket-dron zərbəsi endirib. Sonuncu dəfə düşmən Ukraynanı üç ay öncə belə güclü zərbələrə məruz qoyub", - bu barədə Kiyev şəhər hərbi administrasiyası bəyan edib.
 
"Praktiki olaraq Ukraynanın bütün ərazisi zərbələrə məruz qalıb. Paytaxtda iki dəfə həyəcan siqnalı verilib və ümumilikdə beş saata yaxın davam edib", - bəyanatda deyilir.
 
Xəbər verildiyi kimi, bazar günü, noyabrın 17-də Rusiya ordusu Ukraynanı güclü raket hücumuna məruz qoyub. Bütövlükdə düşmən eyni zamanda 120 raket və 90 dronla hücum edib.
 
Ukrayna Hava Qüvvələri məlumat verib ki, strateji bombardmançı təyyarələrdən raketlər saat 05:42-də buraxılıb, sonradan Rusiya "Kalibr" və "Kinjal" raketləri buraxıb.
 
Raketlər Kiyev, Krapivnitsk, Krivoy Roq, Odessa, Nikolayev, Jitomir, Xmelnitsk, Çerniqov, Poltava və Vinnitsa vilayətlərinə hədəflənib, müxtəlif şəhərlərdə partlayışlar eşidilib.
 
Odessa meri Gennadi Truxanov bəyab edib ki, işğalçıların hücumu səbəbindən şəhərdə elektrik təchizatı dayandırılıb, su təchizatı ilə bağlı problemlər yaranıb. Energetika Nazirliyi məlumat verib ki, Rusiya bütün Ukrayna boyunca energetika obyektlərinə hücum edir.
Chosen
39
moderator.az

1Sources