EN

Terim Rəşad Sadıqova “Sadıq” dedi, o da cavabında... - Video

Terim

Xəbər verdiyimiz kimi, Türkiyə milli komandasının sabiq baş məşqçisi Fateh Terim Bakıda keçirilən COP29 beynəlxalq konfransı çərçivəsində “Qarabağ” Futbol Klubunun təşkil etdiyi tədbirdə iştirak edib.

Xalqcebhesi.az Qol.az-a istinadən xəbər verir ki, Fateh Terim çıxışı zamanı tədbidə iştirak edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu salamlayıb. Terim Rəşadın Türkiyədə futbolçu kimi çıxış etdiyini, hazırda isə onun həmkarı olduğunu xatırladıb. Sadıqovu salamlayan Terim bu zaman ona “Sadıq” deyə xitab edib.

R.Sadıqov isə özünün İnstaqram səhifəsində onunla bağlı Terimin çıxışının videosunu paylaşıb. Terimin “Sadıq” sözləri haqda isə yazıb: “Türkiyədə məşqçilər və futbolçular məni çox vaxt “Sadıq” deyə çağırırdı”.

Chosen
33
12
xalqcebhesi.az

10Sources