EN

Şolz Putinə niyə zəng etdiyini AÇIQLADI

Almaniya kansleri Olaf Şolz niyə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına başlamaq qərarına gəldiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi yazıb.
Kanslerin sözlərinə görə, Amerika və Rusiya prezidentləri arasında danışıqlar aparılsa, mühüm Avropa ölkəsinin hökumət başçısı kənarda qalmamalıdır.

“Bəlkə də Almaniyada fərqli düşünənlər var, amma mən onlardan deyiləm”, - Şolz G20 sammitinə gəldiyi Rio-de-Janeyroda jurnalistlərə deyib.

Onun çıxışı "Welt" telekanalında yayımlanıb. Cümə günü baş tutan söhbət Berlinin təşəbbüsü ilə təşkil olunub. Kreml və Almaniya hökuməti söhbətin işgüzar, ətraflı və səmimi olduğunu təsdiqləyib.

Bizim.Media

Chosen
22
1
bizim.media

2Sources