EN

Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi 

Erməni sosial şəbəkələri Paşinyanın bazar günü axşam hökumətdə real təmizləmələr həyata keçirdiyini yazır.

Referans.az APA-ya istinadən bildirir ki, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Balasyanı yanına çağırıb. Məhz bundan sonra məmurlar istefa ərizələrini təqdim ediblər.

"24news" xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib.

Şayiələrə görə, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da öz həmkarlarından nümunə götürüb.

Qeyd edək ki, bütün bunlar hələ rəsmi təsdiqini tapmayıb.

İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.  

Chosen
25
7
referans.az

9Sources