EN

Zelenski: Zərbələr sözlə vurulmur

Kütləvi informasiya vasitələri yazır ki, ABŞ və onun tərəfdaşları Ukraynaya Rusiya Federasiyası ərazisinə uzaq məsafədən zərbələr endirməyə icazə verib. Amma zərbələr sözlə vurulmur, raketlər öz sözünü deyəcək.

“İki sahil”in “RBC-Ukrayna”ya istinadən verdiyi məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski xatırladıb ki, o, Qələbə Planını tərəfdaşlarına təqdim edib. Onun sözlərinə görə, əsas məqamlardan biri Ukrayna ordusu üçün uzaq məsafədir.

Bayden Ukraynaya ATACMS-la Rusiya ərazisini vurmağa icazə verdi - NYT

Xatırladaq ki, dünən “The New York Times” ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməyə icazə verdiyi barədə məlumat yayıb.

“Le Figaro”: Paris və London da Rusiyaya zərbə endirməyə icazə verib

ABŞ-ın ardınca Fransa və İngiltərənin də Ukrayna ordusunun Rusiya Federasiyası ərazisinə uzaq məsafədən zərbələr endirməsinə icazə verdiyinə dair məlumat yayılıb.

RBC-Ukrayna Ukraynanın yaxın günlərdə Rusiyanı ATACMS raketləri ilə vura biləcəyini yazıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
42
11
ikisahil.az

10Sources