EN

İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Bakı. Trend:

Cari İran ilinin 7 ayı (20 mart -21 oktyabr 2024) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə(21 mart -22 oktyabr 2023) müqayisədə dəyər baxımından 33%, çəkibaxımından 15% artıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasınaistinadən xəbər verir.

Statistikaya əsasən, 7 ayı ərzində İranın Azərbaycana qeyri-neftməhsul ixracı 403 milyon dollar dəyərində 515 min ton təşkiledib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranınAzərbaycana qeyri-neft məhsul ixracı 303 milyon dollardan çoxdəyərdə 447 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kəndtəsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya vəkimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, 7 ay ərzində İranın Azərbaycanlaqeyri-neft məhsul ticarəti 422 milyon dollar dəyərində 524 min tontəşkil edib.

Əlavə edək ki, cari İran ilinin 7 ayı ərzində İranın qeyri-neftməhsul ixracı 32,5 milyard dollar dəyərində 88,7 milyon ton təşkiledib. Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 15%, çəki baxımından 11,4% artıb.

Chosen
103
1
az.trend.az

2Sources