EN

“Bloomberg”: Trampın ətrafı maliyyə naziri postu uğrunda mübarizə aparır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp komandası daxilində maliyyə naziri postu uğrunda gedən mübarizədən narazıdır.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg nəşri məlumat yayıb.

Nəşr bu rola əsas iddiaçılar kimi Trampa yaxın olan investor Skott Bessent və Respublikaçılar Partiyasının keçid komandasının liderlərindən olan Hovard Lutnikin adını çəkir.

Nəşrin məlumatına görə Trampın qərargahı Maliyyə Nazirliyinin rəhbəri vəzifəsi üçün alternativ variantlar axtarmağa başlayıb.

İndi potensial namizədlər arasında ilk Tramp administrasiyasında ABŞ-ın baş ticarət müzakirəçisi Robert Laythayzer, Tennessi ştatından respublikaçı senator Bill HagertiApollo Global Managementin baş direktoru Mark Rovan var.

Hazırda maliyyə naziri Canet Yellendir.

Chosen
41
2
apa.az

3Sources