EN

İmişlidə meyvə və giləmeyvə yığımı yekunlaşıb

İmişli rayonunda meyvə və giləmeyvə yığımı yekunlaşıb.

Bu barədə "Report"un Muğan bürosuna İmişli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu il 803 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. Ümumilikdə 10 113,5 ton məhsul əldə olunub.

Əsasən rayon ərazisində həyətyanı ərazilərdə alça (41 hektar), alma (51 hektar), əncir (48 hektar), heyva (64 hektar), nar (355 hektar), xurma (34,50 hektar), gavalı (34,50 hektar) kimi meyvə və 16 hektarda giləmeyvə sahələri mövcuddur.

Chosen
31
3
report.az

10Sources