EN

Qonşuda seçki gərginliyi: Paytaxtda yolu bağlayıb, çadır qurdular - FOTO

Oktyabrın 26-da Gürcüstanda keçirilən və hakim Gürcü Arzusu Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini qəbul etməyən müxalifət paytaxt Tbilisidə nəqliyyatın hərəkətinə qapalı küçədə çadır qurub.

News24.az NTV-yə istinadən xəbər verir ki, parlament seçkilərinin nəticələrini qəbul etməyən müxalifətçilər axşam saatlarında parlament binası qarşısına toplaşıb.

Seçkilərin saxtalaşdırıldığını iddia edən nümayişçilər yeni seçkilərin keçirilməsini tələb ediblər. Nümayişçilər əllərində "Səsləri geri al" yazılmış plakatlar qaldırıblar. Parlament qarşısında nümayiş davam edərkən müxalifətin “Dəyişiklik Koalisiyası” seçki blokunun liderləri və tərəfdarları Tbilisinin İlya Çavçavadze küçəsini bağlayıblar.

Qeyd edək ki, müxalifət liderləri bu küçədə çadırlar quraraq 24 saat burada qalacaqlarını açıqlayıblar. “Dəyişiklik Koalisiyası”nın liderlərindən olan Nika Qvaramiya buradakı çıxışında Tiflisin müxtəlif nöqtələrini bu şəkildə bağlayaraq sülh üsulları ilə nümayiş etdirməyə davam edəcəklərini bildirib. Polis bağlı küçədə təhlükəsizlik tədbirləri görüb.

Günel Məlikzadə


Chosen
19
news24.az

1Sources