EN

Finlandiya müdafiə xərclərini artıracaq

Müəllif: Ayşən İmanova, Banco.az

Finlandiyanın müdafiə xərcləri bu onilliyin sonuna qədər NATO-nun tələb etdiyi ÜDM-in 2%-nə yüksələcək.

Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri Petteri Orpo deyib.

“Finlandiya 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində müdafiə üçün daha dörd milyard ayırmağa hazırlaşmalıdır. Bu o deməkdir ki, biz artıq Müdafiə Qüvvələrinə materialları 2% (ÜDM) səviyyəsində planlaşdırmaq və sifariş etmək hüququnu verməliyik”, - Orpo bildirib.

“İlta-Sanomat” qəzetinin məlumatına görə, 2024-cü ildə Finlandiyanın müdafiə xərcləri ÜDM-in 2,3%-i və ya 6,5 ​​milyard avro təşkil edir, 64 ədəd F-35 qırıcı təyyarəsinin alınması hesabına xərclər yüksək səviyyədədir.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
16
1
banco.az

2Sources