Venesuela prezidenti Nikolas Maduro ABŞ, Fransa və İngiltərənin Rusiyaya qarşı uzaqmənzilli silahların istifadəsinə icazə vermə qərarını “dəlilik” adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Maduro bu barədə Venesuela televiziyasında danışarkən bildirib.
"Amerika imperializmi dəlilik və qisas mərhələsinə qədəm qoyub", - Venesuela prezidenti bildirib.