EN

Balıqçı insan boyda balıq tutdu – FOTOLAR

Türkiyənin Adana vilayətinin Kozan rayonunda balıqçı Aydın Beştəpə insan boyda balıq tutub.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

O, tutduğu 55 kiloqram çəkisi və 1 metr 75 santimetr uzunluğu olan tuna balığını mağazasının girişində asıb.

Balığı görən vətəndaşlar şəkil çəkdirmək üçün növbəyə düzülüblər. Bəziləri balığın maket olduğunu düşünüb.

İnsanların çoxu belə bir balıqla ilk dəfə qarşılaşdıqlarını bildiriblər.

Chosen
19
1
medianews.az

2Sources