EN

Millidə ən çox qələbə qazananlar - ADLAR

Milli komandalarda ən çox qələbə qazanan futbolçuların siyahısı müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında 90 və daha çox görüşdə qalib tərəfdə olan futbolçular yer alıblar.

Buna tarixdə 21 oyunçu nail olub. Kriştiano Ronaldonun rekordçu olduğu siyahıda Serxio Ramos ikinci, İker Kasilyas üçüncüdür. “21-lik”də eyni sayda qələbəyə sevinənlər oyun sayına görə sıralanıb.

Qeyd edək ki, Azərbaycan millisinin rekordçuları Rəşad Sadıqovla Bədavi Hüseynov hərəyə 20 dəfə qələbədə pay sahibi olub.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 132
2. Serxio Ramos (İspaniya) - 131
3. İker Kasilyas (İspaniya) – 121
4. Lionel Messi (Argentina) – 119
5. So Çin An (Malayziya) – 107
6. Andres Quardado (Meksika) – 103
7. Yan Vertongen (Belçika) – 101
8. Xavi (İspaniya) – 100
9. Serxio Buskets (İspaniya) – 98
10. Andres İnyesta (İspaniya) – 96
11. Anxel di Mariya (Argentina) – 96
12. Ahmed Hassan (Misir) – 95
13. Luka Modriç (Xorvatiya) – 94
14. Lilian Türam (Fransa) – 93
15. Mohamed Al Deaya (Səudiyyə Ərəbistanı) – 93
16. Neymar (Braziliya) – 92
17. Antuan Qrizmann (Fransa) – 91
18. David Silva (Braziliya) - 90
19. Olivye Jiru (Fransa) - 90
20. Ehsan Haysafi (İran) - 90
21. Landon Donovan (ABŞ) – 90

İdman.biz

Chosen
7
1
idman.biz

2Sources