EN

Alimlər depressiyanın gözlənilməz səbəbini AÇIQLADILAR

Alimlər depressiyanın gözlənilməz səbəbini açıqlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Melburn Universitetinin avstraliyalı alimləri tədqiqat aparıblar. Onlar müəyyən ediblər ki, Qidalanma insanın ruh halına maksimal dərəcədə təsir edə bilər. Bəzi hallarda depressiyaya səbəb olur.

Ən “depressiv” pəhriz “Qərb” pəhriz hesab olunur. Bu pəhrizə hamburger, ağ çörək, pizza, cips, ətirli südlü içkilər və şəkər daxildir. Bu pəhriz halların yarısında depressiyaya səbəb olur.

Tərəvəz, meyvə, ət, balıq və taxıl çörəyinə üstünlük verən insanlar depressiya və digər xəstəliklərdən daha az əziyyət çəkirlər.

Ən yüksək antidepresan xüsusiyyətləri olan pəhriz meyvələr, salatlar, balıqlar, paxlalılar, qoz-fındıq və qatıqdan ibarətdir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
15
interpress.az

1Sources