EN

Bitkoinin bahalaşması nə vaxt səngiyəcək? - ŞƏRH

“Məlum olduğu kimi, ABŞ-də prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra bitkoinin qiyməti kəskin şəkildə artıb. Hazırda müşahidə olunan bahalaşma prosesi bir müddət davam edəcək. Amma Tramp adminstrasiyasının qərarlarının bitkoinə təsiri nə qədər güclü olsa da, dünya iqtisadiyyatında baş verən proseslər öz təsirini göstərəcək. Nəzərə almaq lazımdır ki, bitkoin və bu tip kriptovalyutaların qiymətləri xeyli dərəcədə konyuktur amillərə bağlıdır. Ona görə də dayanıqlı şəkildə bitkoinin qiymətinin artması proqnozunu vermək olduqca çətindir”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.

O hesab edir ki, bir müddət sonra bitkoinin qiymətində ucuzlaşma müşahidə oluna bilər. Çünki kriptovalyutalara tələbat spekulyativ amillərlə bağlıdır:

"Bu da həmin kriptovalyutalarla bağlı hansısa dayanıqlılığın deyil, müvafiq dalğalarla dəyişən dinamikanın olmasını şərtləndirəcək. Daha uzunmüddətli perespektivdə təbii olaraq həmin valyutalara olan tələb də onların qiyməti də təlatümlü olacaq. Dayanıqlı trendlərin olmasını proqnozlaşdırmıram”.

Sevinc,
BakuPost
Chosen
27
bakupost.az

1Sources