EN

Baydenin qərarı Trampın Moskva və Kiyevi barışdırmaq səylərini çətinləşdirə bilər

Co Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiyaya dərin zərbələr endirməsinə icazə vermək qərarı Donald Trampın Moskva və Kiyevi barışdırmaq səylərini çətinləşdirə bilər...

Poliqon xəbər verir ki, bunu CNN telekanalının beynəlxalq təhlükəsizlik üzrə baş müxbiri Nik Peyton Uolş yazıb.

Uols qeyd edib ki, Baydenin bugünkü qərarı əvvəlki bütün hallarda olduğu kimi eyni sxem üzrə verilib.

"Ukraynanın HIMARS, Abrams tankları və F16-lar üçün müraciətləri oxşar nümunəyə uyğun idi: imtina və yayınma, sonra isə demək olar ki, çox gec olduğu anda razılıq", deyə Uolş qeyd edib.

Jurnalist ABŞ-ın Rusiyaya dərin zərbələr endirmək üçün yüksək dəqiqlikli raketlərdən istifadəsinə icazə verilməsini kifayət qədər təxribat hesab edir. Eyni zamanda o, etiraf edir ki, Rusiya bu gün çox zəifləyib və Qərblə tamhüquqlu münaqişədən açıq şəkildə yayınır.

"Ağ Ev vurğulamaq istəyir ki, Şimali Koreya qoşunlarının Kurskda yerləşdirilməsi onun qərarına töhfə verib - bu, Moskvanın eskalasiyasına ABŞ-ın cavabıdır. Baydenin nəzərində bu, eskalasiyaya cavabdır", deyə CNN jurnalisti hesab edir.

Uolş əlavə edir ki, Baydenin ukraynalılara verdiyi icazə bu gün Donald Trampın bitirmək istədiyi müharibədəki payı əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, ötən gün Amerikanın The New York Times qəzeti prezident Co Baydenin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün ATACMS raketlərinin istifadəsinə qoyulan qadağanı ləğv etdiyini yazıb.

Öz növbəsində Fransanın Le Figaro qəzeti yazıb ki, London və Paris də "Storm Shadow" və SCALP raketlərinə qoyulan analoji məhdudiyyətləri aradan qaldırıblar.

Poliqon.info

Chosen
20
50
poliqon.info

10Sources