EN

Nazir: Son iki ildə 200 min həssas təbəqənin işlə təmin olunması təmin edilib

“Biz artıq çox böyük ekoloji fəlakət hallarını görmüşük. Artıq COVID-19 dövrünü görmüşük”.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.

Onun sözlərinə görə, bütün bu dövrlərdə əhalinin ən böyük dəstəyi faktiki olaraq sosial müdafiə sistemlərindən olub: “Buna görə də, bütün seqmentlərə investisiya qoymaq çox vacibdir. Bu, əslində bütün nazirlərin öz hökumətləri ilə bir yerdə oturmaq və xüsusilə həssas qrupları üçün daha çox və daha böyük paketlər üzərində razılaşmaq işinin bir hissəsidir”.

Azərbaycana gəlincə, Sabil Babayev əlavə edib ki, son iki ildə 200 min həssas təbəqənin, əsasən də qadınların, gənclərin və əlillərin işlə təmin olunması təmin edilib: “Həmçinin, 17 min əlil insanın işlə təmin edilməsinə müvəffəq olunub. Bu nailiyyətlər, sosial ədalətin və inklüziv iş mühitlərinin gücləndirilməsində əhəmiyyətli bir addımdır”.

Chosen
34
2
apa.az

3Sources