EN

Britaniya monarxlarının iqamətgahından pikap və kvadrokopter oğurlanıb

Naməlum cinayətkarlar Britaniya monarxlarının iqamətgahı olan Vindzor qəsrinin ərazisində yerləşən fermadan avtomobil və kvadrokopter oğurlayıblar...

Poliqon xəbər verir ki, bu barədə The Sun qəzeti yazıb.

Oktyabr ayında iki maskalı cinayətkarın təxminən iki metrlik hasarın üstündən dırmaşaraq bir pikap və bir kvadrokopter oğurladığı bildirilir.

Cinayət baş verən zaman yaxınlıqdakı Adelaida kottecində Britaniya taxt-tacının varisi şahzadə Uilyam, həyat yoldaşı Keyet və üç uşağı olub.

Qəzet hadisəyə səbəb kimi kral iqamətgahında təhlükəsizliyin kifayət qədər səviyyədə olmadığını göstərib. Cinayətkarlar hələ tutulmayıb, hətta şəxsiyyətləri müəyyən edilməyib. Hüquq-mühafizə orqanları onları axtarır.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources