EN

Un böcəyi sürfələrinin plastik materialı emal edə bildikləri məlum olub » AzadMedia.az


Alimlərin sözlərinə əsasən 10 illiklər ərzində plastik materiallardan istifadə planetimizdəki bütün canlılar üçün qaçılmaz nəticələrə səbəb olub.
AzadMedia.az xəbər verir ki, günümüzdə mikroplastik hissəciklərə Yer kürəsinin hər bir nöqtəsində və hətta canlıların orqanizmlərində də rast gəlinir. İnsanlar bu problemin aradan qaldırılmasına hədəflənmiş vahid strategiyanı hələ formalaşdırmayıblar. Bununla belə mütəxəssislər inanılmaz sayda olan plastik tullantıların təhlükəsiz şəkildə emal edilməsi üsullarını axtarmaqda davam edirlər. Hələ bir neçə müddət bundan öncə güman edilirdi ki, ekosistemdə olan plastik tullantıları qəliz mexanizmlər vasitəsilə aradan qaldırmaq lazım gələcək.
Lakin aydın olub ki, bu mövzuda təbiət də öz üsullarını təklif edə bilər. Alimlərin sözlərinə əsasən un böcəyinin sürfəsi polistirol və plastik əsaslı digər bəzi materiallarla qidalana bilir. Məlumata əsasən un böcəyinə yalnız Afrikada rast gəlinir. Lakin bununla belə bu böcəklər daha sərt iqlim şəraitində mövcud ola bilərlər. Un böcəyinin sürfəsi adətən quşlar və sürünənlər üçün yem kimi istifadə edilir. Mütəxəssislər aparılmış araşdırma sayəsində artıq təsdiqləyiblər ki, bu həşərat plastikin emal olunması tapşırığının öhdəsindən çox yaxşı gəlir. Bu, böcəyin bağırsağında olan bakteriyalar sayəsində mümkün olub.
Chosen
9
1
azadmedia.az

2Sources