EN

Rusiya və Ukrayna arasında müharibənin yeni mərhələsi başlayır



ABŞ prezidenti C. Bayden ATACMS və digər uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyi icazə verdi. Rusiyanın Şimali Koreya ilə hərbi ittifaqi və cəbhədə taktiki irəliləməsi Vaşinqtonun bu qərarı qəbul etməsini labüd etdi. Həmçinin D. Trampın yanvarın 20 -dən vəzifə səlahiyyətlərinə başlamasından sonra proseslərin Vaşinqtonun əleyhinə dəyişəcəyinin qarşısını almaq üçün verilən qərardır.
Hazırda Rusiya cəbhə xəttində irəliləyiş əldə edir. Bu da bir neçə aya Ukraynanın məğlubiyyətinə gətirib çıxara bilər. D. Tramp Ukraynanin məğlubiyyətinə görə, atəşkəsin əldə edilməsinə və tam yardımları kəsə bilərdi.
Bir neçə gün bundan əvvəl, Almaniya kansleri O. Şolts V. Putinə zəng edərək ona danışıqlar masasına oturmağı təklif etmişdi. Əks təqdirdə Almaniyanın Ukraynaya yeni silahlar veriləcəyini qeyd etmişdi. Rusiyanın danışıqlar prosesindən yayınması müqabilində Ukraynaya hərtərəfli dəstək olunması diqqətinə çatdırıb. V. Putin O. Şotlusla telefonla danışıqdan sonra, Ukraynaya raket və PUA zərbələr endirdi. Bu, Rusiyanın geri çəkilməyəcəyi mesajını vermiş oldu.
Artıq, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya konsensus əldə edərək, Ukraynaya yenidən hərbi yardımlari intensivləsdirib və verilən silahlardan Rusiyanın dərinliklərinə zərbəyə icazə verdilər. Rusiya qərardan narahatdır və Ukraynanin infrastrukturunu hədəf alacağını bəyan edib. Qeyd edim ki, ABŞ və Avropa Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verə bilməz. Çünki Rusiyanın qələbəsi ABŞ və Avropanın strateji məğlubiyyəti, dünyada bir qütblü siyasi nizamın Moskvanin leyhine dəyişəcə bilər.
Demək olar ki, Rusiya və Ukrayna arasında müharibənin yeni mərhələsi başlayacaq. Böyük Britaniya, Fransa və Polşa, Rumıniyanın Ukraynaya ordu göndərməsi istisna deyil. Yeni silahların verilməsi və Rusiyanın dərinliklərinə zərbələr endirililməsi Rusiyanın hücumunu durduracaq. Fransa prezidenti Makron V. Putinin sülh istəmədiyini və müharibədə maraqlı olduğunu vurğulayıb.
Göründüyü kimi, Qərb Rusiyanın məğlubiyyətinə gətirəcək addımlara başlayıb. Məhz Avropa ölkələri D. Trampın Ağ Evə gələcəyinə kimi həlledici və əhəmiyyətli irəliləyişə nail olmağa çalışacaq. Növbəti iki ay ərzində ABŞ və Avropa Rusiyanı danışıqlar masasına oturtmaq və qoşunlarını Ukraynadan çıxarılması üçün tam hərbi dəstək verəcəklər. Bununla da Rusiyanın cəbhə xəttində irəliləyiş və hücumu durdurula bilər.
Növbəti hərbi dəstəkdən sonra Ukrayna qoşunları yeni hücumlar həyata keçirməsi mümkündür. Həmçinin Rusiyanın aviasiyası və raketlərinin Ukrayna üzərində intensiv vurulması üçün havadan müdafiə sistemləri gücləndiriləcək.
Demək olar ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukraynaya həlledici hərbi dəstək verməyə başlayır. Bu, Rusiya üçün hərbi məğlubiyyət və danışıqlar masasına oturmasını özündə ehtiva edir.
Məhəmməd Əsədullazadə
Chosen
12
45
newscenter.az

10Sources